USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail Türkiyədən aqrar məhsulların idxalını dayandırdı

16.05.2018 İqtisadiyyat
0 0
İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb.

Bunu İsrailin kənd təsərrüfatı naziri Uri Ariel "Tvitter"dəki səhifəsində yazıb.

Belə qərarın Türkiyə və İsrailin ötən gün səfirlərini ger çağırmasından sonra qəbul edildiyi bildirilir.

Mayın 15-də Türkiyənin Baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.

  • Əvvəlki

    Prezident Bakıdakı bu yolun tikintisinə 45 mln. manat ayırdı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0