USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkə sular altında qala bilər

21.05.2019 Dünya
0 0
Filippinin şimal hissəsində yerləşən şəhərlər artıq 20 ilə yaxındır ki, su altında qalmaq təhlükəsi ilə üzləşib.

"Kommersant.az" xəbər verir ki, Luson adasında yerləşən Pampanqa və Bulakan əyalətləri daim su altındadır. Yerli sakinlər işə, mağazaya və məktəbə qayıqlar vasitəsilə gedib-gəlirlər.

Suyun səviyyəsi ilbəil artır. Buna səbəb yalnız qlobal istiləşmə deyil, eyni zamanda, insanlar tərəfindən torpaq ərazilərinin tutulması göstərilir. Əhalinin sürətlə artdığı ərazilərdə fabriklər, fermalar və evlər üçün yeraltı suların nəzarət edilməyən şəkildə çıxarılması ciddi problemlər yaradır.

Rəsmi məlumatlara görə, su basmış ərazilərin 5 mindən çox sakini artıq ölkənin digər regionlarına köçüb. Süni peyklər vasitəsilə aparılan monitorinqlər zamanı Pampanqa və Bulakan əyalətlərində torpağın səviyyəsinin hər il təqribən 4-6 santimetr aşağı düşdüyü məlum olub. Bu fəlakət leysan yağışları və qasırğalar nəticəsində daha da güclənir. Dənizin suyu zaman-zaman adanın dərinliklərinə doğru irəliləyir. Mütəxəssislər onun tezliklə Filippinin 13 milyon sakini olan paytaxtına çatacağını proqnozlaşdırırlar.

2004-cü ildən başlayaraq yeraltı suların çıxarılmasına qadağa tətbiq edilsə də, kadr çatışmazlığı səbəbindən buna nəzarət demək olar ki, yoxdur.