USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkə iqtisadiyyatı xilas etmək üçün karantini ləğv edir

01.05.2020 İqtisadiyyat
0 0
Malayziyanın Baş naziri Muhiddin Yassin 4 maydan etibarən sərt karantin rejiminin tamamilə ləğv olunacağını elan edib.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə yerli telekanallar məlumat yayıb.

Göstərilən tarixdən etibarən ölkə iqtisadiyyatının bütün sahələri fəaliyyətini bərpa edəcək.

Baş nazir bildirib ki, dövlətin uzun müddət məhdudiyyət rejimində fəaliyyət göstərməsi iqtisadi baxımdan ölkəyə sərfəli deyil.

Qeyd edək ki, son məlumatlara əsasən, Malayziyada altı min şəxsin koronavirus testi müsbət çıxıb, 102 xəstə pandemiyanın qurbanı olub.

Real TV

  • Əvvəlki

    "AmrahBank" və "AtaBank"da 2 günlük maliyyə fırıldağı

Digər xəbərlər