USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AmrahBank" və "AtaBank"da 2 günlük maliyyə fırıldağı

01.05.2020 Bank
1 0
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.

"Kommersant.az" xəbər verir ki, AMB qəsdən və ya bilmədən hər iki bankın lisenziyasını iki (2) gün tez ləğv edərək bank əməkdaşları və müştərilərinin haqlı etirazı ilə qarşılaşıb.

İKİ QURUM ARASINDA ANLAŞILMAZLIQ

"AmrahBank" və "AtaBank"ın lisenziyası cari ayın 28-də ləğv olunub. Hazırda hər iki bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri əllərindən alınıb. Yəni, işçilərin maaşlarının verilməsində idarə heyyəti və ya müşahidə şurasının səlahiyyəti yoxdur. Qanunla nəzərdə tutulub ki, işçilər əmək haqqlarını ayın sonunda (aprelin 30-da) almalıdırlar. Buna görə də AMB tərəfindən təyin olunan inzibatçılar işçilərin maaşlarını vermir. Məsələyə qısa cavab odur ki, "Biz bankın lisenziyasını aprel ayının 28-də ləğv etmişik. Bundan sonrakı məsələlər bizi maraqlandırmır. Banka təyin olunacaq Əmanətlərin Sığortalanması Fondu (ADİF) əməkdaşları işçilərin maaşını verməlidir".-deyə AMB əməkdaşları bildirir. ADİF isə koronovirus pandemiyasını nəzərə alaraq Fond işçilərinin may ayının 4-dən sonra işə çıxacağını və ondan sonra hər iki banka əməkdaş göndərəcəyini deyir. Bu halda isə ADİF tərəfindən təyin olunanacaq əməkdaşlar təyin olduğu gündən sonrakı məsələlərə cavabdehlik daşıyırlar. Yəni, aprel ayının ödənişlərinə qarışmaq, maaşları ödəmək və s. kimi işlər artıq ADİF-in səlahiyyətində deyil. Bununla da bank əməkdaşları aylıq məvaciblərini hansı qurumdan istəyəcəklərini bilmir, hər iki qurumda məsuliyyəti üzərindən atır.

Aprel ayının 28-dən etibarən may ayının 4-nə qədər isə lisenziyası ləğv olunan banklar nəzarətsiz qalır. Hər iki bankdakı işini bitirən AMB əməkdaşları bankları tərk edib, ADİF əməkdaşları isə banka may ayının 4-ü təşrif buyuracaq. Hazırda banklara işə gələn əməkdaşlar rəhbərsiz, nəzarətsiz fəaliyyət göstərir. AMB ADİF arasında əvvəlcədən razılaşma olmaması, hər iki qurumun bir-biri ilə işləməməsi və bir-birindən xəbərsiz olması minlərlə insanın "çörəyinə bayis" olub.

DÖVLƏT TƏRƏFİNDƏN VERİLƏN YARDIMLAR ÖDƏNİLMİR

Lisenziyası ləğv olunan "AmrahBank" ASC"AtaBank" ASC -nin müştərilərinin dövlət tərəfindən təyin olunan 250 manatlıq yardım paketləri AMB tərəfindən dondurulub. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə pandemiya dönəmində müvvəqqəti iş yeri bağlanmış şəxslərə 250 manat məbləğində yardım olunub. Bu yardımlar sahibkarın qeydiyyatda olduğu bankın (lisenziyası ləğv olunan bankın) plastik kartına yönləndirilib. AMB tərəfindən bu kartlar da bloklanıb və cavab olaraq bildirilib ki, "Bütün bu məsələlər artıq bizim məsələmiz deyil, bir(1) həftə sonra gələn ADİF əməkdaşları ilə müzakirə edərsiniz".

Beləliklər "havada qalan" banklar qanun boşluqlarından əziyyət çəkir, bu da birbaşa olaraq bank əməkdaşlarına və müştərilərinə mənfi təsir göstərir.