USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya xaricə ilk uçuşları kütləvi şəkildə ləğv edir

31.07.2020 Dünya
0 0
Rusiya aviaşirkətləri avqustun əvvəlində koronavirus pandemiyası dövründə fasilədən sonra əvvəlcədən elan edilmiş cədvələ düzəlişlər etməyə və xaricə ilk uçuşları ləğv etməyə başlayıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə məlumat yayıb.

Uçuşların kütləvi surətdə təxirə salınması ilə bağlı sosial mediada xəbərlər yayılır. Eyni zamanda, Moskvadan keçməklə xaricə uçmağı planlaşdıran ruslar bilet mübadiləsi edə bilmirlər.

Ekspertlərin fikrincə, bu yolla aviadaşıyıcılar təyyarələrin maksimum dolmasına və uçuşların gəlirliliyini artırmağa çalışırlar.

Bənzər bir vəziyyət Avropada müşahidə olunub – orada nəqliyyatın bərpasından sonra yerli aviaşirkətlər uçuşların yerinə yetirilməsinə zəmanət vermədən bilet satıblar.

Rusiya avqustun 1-dən beynəlxalq reysləri bərpa edir. Birinci mərhələdə uçuşlar yalnız Moskva, Sankt-Peterburq və Rostov-Dondan həyata keçiriləcək.

İlk növbədə uçuşların bərpa ediləcəyi ölkələr Böyük Britaniya (London), Türkiyə (1 avqustdan Ankara və İstanbul, 10 Avqust – Antalya, Bodrum və Dalaman) və Tanzaniyadır (Zanzibar adası). Siyahı getdikcə genişlənəcək.