USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Altay diyarı Azərbaycana taxıl satacaq - RAZILIQ ƏLDƏ OLUNUB

25.05.2018 İqtisadiyyat
0 0
Rusiyanın Altay diyarı avqust-sentyabr aylarında Azərbaycana ilk taxıl tədarükünü həyata keçirmək niyyətindədir.

Bu barədə "Kommersant.Az"a diyar hökumətinin mətbuat xidməti bildirib.

"Qarşıdakı mövsümdə taxıl tədarükünün həyata keçirilməsi üzrə ilkin razılıq əldə olunub. Bazar konyunkturası icazə verərsə, gələn mövsümün əvvəlində, təxminən, bu ilin avqust-sentyabr aylarında Azərbaycana ilk taxıl tədarükünü həyata keçirəcəyik", - Altay diyarından olan "Elli" şirkətinin satış şöbəsinin rəhbəri Sergey Martınoviç deyib.

Şirkətdən verilən məlumata görə, belə tədarüklər Altayın taxıl bazarında yaranmış məhsul artıqlığını qaydaya salacaq.

Qeyd edək ki, şirkət may ayında Bakıda ixtisaslaşdırılmış kənd məhsulları sərgisində iştirak edib. Altay diyarının nümayəndə heyətinə diyar hökumətinin baş nazir müavini Viktor Meşeryakov başçılıq edib.

  • Əvvəlki

    Azərbaycanda 4 bankın nağd vəsaitləri kəskin artıb

Digər xəbərlər