USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azəripək”: 143 ton yaş barama qəbul etmişik

08.06.2018 İqtisadiyyat
0 0
“Azəripək” MMC (əvvəlki adı “Şəki-İpək” ASC) tərəfindən respublikanın baramaçılıqla məşğul olan rayonlarında istehsalçılardan barama tədarükü mütəşəkkil qaydada davam etdirilir. Bu günədək kümçülərdən 143 ton yaş barama qəbul olunub.

Bu barədə "Azəripək" MMC-nin direktoru Nizami Qəribov məlumat verib.

Məhdud məsuliyyətli cəmiyyətdən verilən məlumata görə, barama tədarükündə hələlik Zərdab rayonu öndə gedir. Rayonun kümçüləri indiyədək müəssisəyə 34 ton 254 kiloqram yaş barama təhvil veriblər. Füzuli rayonunda istehsalçılardan 29 ton 553 kiloqram, Bərdədə 16 ton, Ağcabədi rayonunda 14 ton 543 kiloqram, Kürdəmirdə isə 11 ton 197 kiloqram yaş barama tədarük olunub.

Müəssisənin baramaaçan istehsalatı iyulun əvvəlindən etibarən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, bu il Azərbaycanda yaş barama istehsalının 450-500 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub.

Azərtac

  • Əvvəlki

    Bir neçə aya dolların məzənnəsi enəcək - PROQNOZ

Digər xəbərlər