USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın taxıl ixracına kvota tətbiq etməsi Azərbaycana təsir edəcək?

16.02.2021 İqtisadiyyat
0 0
Bu gündən başlayaraq iyulun 30-na qədər Rusiyadan buğda, çovdar, arpa və qarğıdalı da daxil olmaqla, bir sıra dənli bitkilərin icraxına 17,5 milyon tonluq kvota tətbiq ediləcək.

"Report" Azərbaycanın da Rusiyadan taxıl idxal etdiyini nəzərə alaraq bu qərarın ölkəmizə təsir edib-etməyəcəyini araşdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə kvotanın Azərbaycana ciddi təsisinin olmayacağı qənaətindədir. Onun sözlərinə görə, ötən il Azərbaycan 2 mln ton buğda istehsal edib və buğda ehtiyacının 60 %-ni özü təmin edə bilir.

Aqrar sahə üzrə ekspert, Naxçıvan MR-nın sabiq kənd təsərrüfatı naziri Rəcəb Orucov isə deyib ki, Azərbaycan buğdaya olan ehtiyacının 40 %-ni idxal hesabına ödəsə də, ölkənin keyfiyyətli buğdaya təlabatı daha çoxdur: "Buna görə də tələbat Rusiya, Qazaxıstan və Ukraynadan idxal hesabına tam ödənilir. Rusiyanın kvota tətbiqi bizim istehlak bazarımıza ciddi təsir edə bilər. Taxıl və arpa məhsullarında qiymət artımı qaçılmaz olacaq".

Onun sözlərinə görə, ümumilikdə dünyada buğdaya təlabat artıb: "Odur ki, son aylar əmtəə birjalarında dənli bitkilər (buğda, çovdar, arpa, vələmir və.s) kəskin bahalaşıb. Bunun daxili bazara təsiri olacaq. Bununla yanaşı, son aylarda Çin istehlakını artırıb və dünya bazarlarından daha çox taxıl almağa başlayıb".

Ölkədə taxıl istehsalının artımını stimullaşdırmaq məqsədilə dövlət proqramları qəbul edilib. Lakin biz hələ də özümüzü tamamilə buğda ilə təmin edə bilmirik. Ölkənin taxıl məhsulları ilə tam təminatında potensial imkanları var. Bu imkanlar dəyərləndirilərsə, sahibkarlara stimulaşdırılıcı dəstəklər olarsa, bu zaman müsbət nəticələr əldə etmək mümkündür.

Azərbaycana buğda idxalı daha 3 il ƏDV-dən azad edilib. Bu qərar dövlətin ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi mühüm addımlardan biri idi. Taxıl ölkənin ərzaq təhlükəsizliyinin təminatında strateji məhsul sayılır. Bu məhsulun idxalının ƏDV-dən azad edilməsi sahəyə müsbət təsirini göstərəcək", - o əlavə edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın buğda idxalı 2019-ci illə müqayisədə 13 % azalaraq 1 365 min ton təşkil edib.