Kredit portfeli azalan banklar - SİYAHI

12.03.2019 Bank
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun depozit portfeli illik müqayisədə azalıb.

"Kommersant.az" xəbər verir ki, bunlar "Nikoyl Bank", "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Azər-Türk Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Azərbaycan Beynəlxalq Bankı", "AFB Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (34,1%), ən az azalma isə "Nikoyl Bank"da (0,2%) qeydə alınıb. 21 bankın depozit portfeli isə son 1 ildə artıb. Ən çox artım İran Milli Bankının Bakı filialında (3,2 dəfə), "Zıraat Bank Azərbaycan"da (0,4%) baş verib.

4 bankın depozit portfeli 1 milyard manatdan çoxdur. Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün depozit portfeli 1 milyard manatdan çoxdur. Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (4 079,844 milyon manat), "PAŞA Bank" (3 923,288 milyon manat), "Kapital Bank" (2 948,259 milyon manat) və "Xalq Bank"dır (1 259,412 milyon manat). Qalan 26 bankdan 4-nün depozit portfeli 0,5 - 1 milyard manat arasında, 15 bankın depozit portfeli 100 - 500 milyon manat arasında, 5 bankın depozit portfeli 10 - 100 milyon manat arasında, 2 bankın - İran və Pakistan Milli Banklarının Bakı filiallarının depozit portfelləri isə müvafiq olaraq 8,459 milyon manat və 1,382 milyon manatdır.

Marja