USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklar pullarını kreditə yox, qiymətli kağızlara yatırırlar

03.04.2019 Bank
0 0
Azərbaycan bankları gəlirlərini diversifikasiya etməkdə davam edir.

Bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, bankların aktivlərində qiymətli kağızlara yatırdığı vəsaitlərin payı artmaqda, kreditlərin payı isə azalmaqdadır. İqtisadçı yazır:

“Diqqəti çəkən əsas tendensiya bankların vəsaitlərini qiymətli kağızlara yönəltməsinin artımıdir. Bunun Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun fevralı sonuna olan icmal göstəricilərindən görmək olar. Məlumata görə, 2018-ci ilin 2 ayı ərzində bankların qiymətli kağızlara yatırımı 17,8% artaraq 4,2 milyard manata çatıb. Bununla da bu sahə üzrə maliyyələşmənin aktivlərdə payı rekord səviyyəyə – 14,1%-ə yüksəlib. Cəmi 2 ay öncə qiymətli kağızlara yatırımlar 12,2%, 2017-ci ildə isə 9%-ə yaxın olub.

Azalma tendensiyası bankların digər maliyyə institutlarında yatırdıqları depozitlərdə və kredit qoyuluşunda qeydə alınıb. Depozit yatırımı yanvar-fevral aylarında 1,2% azalaraq 6,4 milyard manata düşüb. Ötən il azalma hətta 10,4%-ə bərabər olub. Bank depozitlərinin aktivlərdə payı 21,4%-ə düşüb. Halbuki 2017-ci ildə bu hədd 25,9% olub. //Banker.az