USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Nikoil" müştərilərini məhkəməyə verməkdə davam edir

04.04.2019 Bank
0 0
"Bank Nikoil" müştərilərlə arasında olan problemi məhkəmə müstəvisində həll etməkdə davam edir.

"Kommersant.az" xəbər verir ki, "Bank Nikoil" kredit müqaviləsi üzrə mübahisələrə görə müştərilərini məhkəməyə verib. Ali məhkəmədə iddiaçı qismində iştirak edən bank, ilk məhkəməni uduzduqdan sonra sorağı ali məhkəmədə tapıb. Belə ki, aprelin 5-də Tatyana Qoldmanın sədrliyi ilə keçiriləcək ali məhkəmə Babayev Əli Məhərrəm oğlu Məmmədzadə Anar Şamil oğlu və Babayev Vüqar Nəsif oğlu cavabdeh qismində iştirak edəcək.

Qeyd edək ki, artıq neçənci dəfədir ki, "Bank Nikoil" problem yaşadığı müştəriləri məhkəməyə verir.