“AzRe Təkrarsığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

08.04.2019 Bank
Aprelin 30-da “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 6 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “AzRe Təkrarsığorta”nın ötənilki maliyyə nəticələrinin təsdiq edilməsi, şirkətin əldə etdiyi xalis mənfəətdən səhmdarlara dividend ödənilməsi məsələləri daxildir.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50mln. manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 88,57%-lik səhmdarıdır.