24.05.2018
Bank
0
0
Dünya kriptovalyuta bazarında bir neçə gündür başlayan kütləvi ucuzlaşma bu saatlarda da davam edir
"Kommersant.Az" xəbər verir ki, mayın 24-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 90-ı ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 282 dollar və ya 3,5% ucuzlaşaraq 7684 dollar olub.
Son bir həftə ərzində isə bitkoin 702 dollar və ya 8,3% ucuzlaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 43 dollar və ya 6,6% ucuzlaşaraq 602 dollar olub.
Son bir həftə ərzində isə Ethereum 109 dollar və ya 15,3% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Skycoin-da(35,78%), ən çox ucuzlaşma isə Centrality-də(12,26%) müşahidə olunub.