Bank VTB (Azərbaycan) və STEP IT Academy memorandum imzalayıb

27.05.2019 Bank
22 may 2019-cu il tarixində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin və STEP IT Academy-nin direktoru AlekseySleptsov memorandum imzalayıb. Sənəd informasiya texnologiyaları sahəsində birgə layihələrin işlənməsi və həyata keçirilməsi, eləcə də İT üzrə təcrübə mübadiləsi və tədris-metodiki vəsaitlərin hazırlanmasını nəzərdə tutur. Razılaşma çərçivəsində VTB (Azərbaycan) uğurlu və perspektivli tələbələrə bankda təcrübə və iş təklif etmək niyyətindədir. Bundan başqa, tərəflər seminar, konfrans və digər birgə tədbirlərin təşkilatında əməkdaşlığı planlaşdırır.

"Kommersant.az" xəbər verir ki, “STEP IT Academy ilə əməkdaşlıq təhsilə dəstək çərçivəsində bankın həyata keçirdiyi tədbirlərdən biridir. Bu istiqamətdə VTB (Azərbaycan) artıq ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrilə əməkdaşlıq edir. Biz səlahiyyətlərimiz çərçivəsində tələbələr üçün ekspert qismində çıxış edir, elmi layihələrin hazırlanmasında onlara kömək göstərir, tələbə təcrübəsini inkişaf etdirir və bununla da yeni gənc kadrların hazırlanmasına öz tövhəmizi veririk” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.

Arayış üçün

STEP IT Academy –İT sahəsində kadrların hazırlanması üzrə ixtisaslaşan təhsil müəssisəsidir. Akademiya proqramçı, dizayner və sistem mühəndislərini hazırlayır. Hazırda müəssisə 12 ölkədə 42 filialla təmsil olunur. STEP IT Academy Microsoft, Cisco, Autodesk kimi şirkətlərin səlahiyyətli tədris mərkəzidir.

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

E-mail: [email protected] www.vtb.az

ASC VTB (Azərbaycan)

Mətbuat xidmət