USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Muğan Bank"ın məcmu kapitalı artıb - HESABAT

19.07.2019 Bank
0 0
“Muğan Bank” 2019-cu ilin ikinci rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən bank 2019-cu ilin birinci yarısında 10 mln. manata yaxın xalis zərər açıqlayıb.

“Kommersant.az” bankın açıqladığı hesabata əsasən xəbər verir ki, “Muğan Bank”ın cəmi aktivləri 2018-ci ilin ilk yarısı ilə müqayisədə 100 mln. 861 min manat və ya 21% artaraq 587 mln. 224 min manat artıb. Bundan başqa bankın cəmi öhdəlikləri 2018 –ci ilin eyni dövrü ilə müqayisədə 97 mln. 202 min manat və ya 23% artaraq 517 mln. 323 min manata çatıb. “Muğan Bank”ın cəmi kapitalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 mln. 659 min manat və ya 5.5% artaraq 69 mln. 901 min manata bərabər olub.

KREDİT VƏ DEPOZİT PORTFELİ AZALIB

“Muğan Bank” 2019 –cu ilin ilk yarısında 361 mln. 493 min manatlıq kredit verib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 8 mln. 870 min manat və ya 2.3% azdır. Budnan başqa bankda müştərilərin hesabları 68 mln. 947 min manat azalaraq 299 mln. 793 min manata düşüb. Bütün bunlara baxmayaraq “Muğan Bank”ın cəmi aktivləri və öhdəlikləri 2018-ci ilin 2-ci rübünə nisbətən kifayət qədər yüksək olub.

“Muğan Bank”ın xalis zərəri 2018-ci ilin ilk yarısı ilə müqayisədə 7 mln. 51 min manat artaraq 9 mln 825 min manata enib. Bankın məcmu kapitalı 4 mln. 703 min manat artaraq 72 mln. 773 min manata çatıb ki, bu da banklara qoyulan tələbdən 23 mln. manata yaxın çoxdur.