USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İbrahim Məmmədov: "Banklarda sıxlıq müşahidə olunursa..."

16.04.2020 Bank
0 0
"Banklarda sıxlıq müşahidə olunursa, insanların özlərinin də üzərinə məsuliyyət düşür. Bank əməkdaşları da sosial məsafənin gözlənilməsinə diqqət etməlidir".

"Kommersant.az"-ın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov bildirib ki, insanların indiki vəziyyətdə banklara getməsinin qarşısını almaq olmaz: ”Çünki onlar ayrılan yardımı almaq üçün olsa belə, banklara getməlidirlər”.