USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklar bankomat şəbəkələrini genişləndirir - 15 yeni bankomat quraşdırılıb

30.11.2020 Bank
0 0
2020-ci ilin oktyabr ayında Azərbaycanda banklar tərəfindən 2 655 bankomat quraşdırılıb. Ötən ilin müvafiq dövründə isə quraşdırılan bankomatların sayı 2 612 olub.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Cari ilin sentyabr ayında isə cəmi bankomatların sayı 2 640 olub. Belə ki, aylıq müqayisədə 15 yeni bankomat quraşdırılıb.

Bakıda oktyabrda bankomatların sayı 1 392, regionlarda isə 1 263 olub. İllik müqayisədə Bakıda bankomatların sayı 0.7% azalıb, regionlarda olan bankomatların sayı isə 4.4% artıb.