USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bank sektorunun aktivləri ARTIB

23.07.2021 Bank
0 0
Azərbaycan bank sektorunun cəmi aktivləri ilin əvvəlindən 3,2% artaraq cari il iyulun 1-nə 33 069,9 mln. manat təşkil edib. Son bir ildə isə bankların aktivləri 8,3% artıb.

“Kommersant.az” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bankın hesabatına əsasən, müştərilərə verilən kreditlərin həcmi son bir ayda 3,4% artaraq 14 856,9 mln. manat təşkil edib. Son bir ildə bu göstərici 4,8%, ilin əvvəlindən isə 5%-dək artıb.