USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AFB Bank”ın hüququ təmin edildi

27.03.2023 Bank
19 5
“AFB Bank”ın Vikipediya ensiklopediyası yenidən quruldu və bankın əsas məlumatları sözügedən ensiklopediyada öz yerini aldı.

Kommersant.az xəbər verir ki, Novruz bayramının bizə verdiyi tətildən istifadə edərək beynəlxalq ensiklopediyada Azərbaycan banklarının məlumatlarında bəzi dəyişikliklərin edilməsini təmin etdik. Belə ki, Vikipediyada Azərbaycan Bankları siyahısında yer alan “AFB Bank”a yeni Vikipediya səhifəsi quruldu və bütün xarici keçidlərlə zənginləşdirildi. Dördpilləli şəkildə hazırlanan ensiklopediyada bankın tarixi, xidmət şəbəkəsi, rəhbərliyi və xarici keçidləri dərc olunub.

Bundan sonra bankın ensiklopediyasına daxil olan istifadəçilər keçidlər vasitəsilə bankın rəsmi internet saytına, “Facebook və İnstagram” səhiəfələrinə keçid edə biləcəklər. Həmçinin “AFB Bank”ın ATM, filial və şöbə sayı da məlumatlar arasında yer alıb.

Xatırladaq ki, Kommersant.az saytı oxucularla yanaşı banklara da xidmət göstərir və onların beynəlxalq arenada müdafiəsini təmin edir. Artıq banklarla yanaşı banklarımızın ümumi siyahısına da lazımi düzəlişlər edilib.