USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Paşa Bank” kapitalını artırıb

25.07.2023 Bank
16 7
Səhmdar kapitalını 129 milyon 499 min manat və ya 22.3 faiz artıraraq 710 milyon 603 min manata yüksəldən “Paşa Bank”ın cəmi kapitalı 750 milyon 676 min manat olub. Bu kapital ötən ilin eyni rübü ilə müqayisədə 168 milyon 560 min manat və ya 28.9 faiz çoxdur.

Kommersant.az xəbər verir ki, “Paşa Bank”ın bölüşdürülməmiş mənfəəti ildə 129 milyon 498 min manat və ya 57.1 faiz artaraq 356 milyon 91 min manata çatıb. Ümumi ehtiyatları isə 39 milyon 60 min manat artaraq 40 milyon 72 min manata yüksəlib.