USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maskın sərvətində böyük azalma

31.10.2023 İqtisadiyyat
0 0
İlon Maskın sərvəti iyun ayından bəri ilk dəfə olaraq 200 milyard dollardan aşağı düşüb. Tesla-nın məyusedici üçüncü rüb balansı bu enişdə mühüm rol oynayıb.

İlon Maskın sərvəti iyun ayından bəri ilk dəfə olaraq 200 milyard dollardan aşağı düşüb. Tesla üçüncü rüb nəticələrini açıqladıqdan sonra Maskın sərvətinin təxminən 41 milyard dollar azaldığı açıqlanıb.

Tesla-nın xalis mənfəəti bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 44 faiz azalaraq 1,9 milyard dollar olub. Keçən ilin eyni dövründə Teslanın xalis mənfəəti 3,3 milyard dollar olub.

Maskın şəxsi sərvətindəki aslan payı onun Tesladakı 13 faizlik payıdır.

Tesla-nın balansından sonra onun birjada payları azalıb. Tesla səhmləri bazar ertəsi günü 4,8 faiz ucuzlaşaraq 197,36 dollardan bağlanıb və bu ay indiyədək 21 faiz ucuzlaşıb. Lakin ilin əvvəlindən səhmlər 60 faiz artıb.