USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankından Misirə 6 milyard dollar dəstək

18.03.2024 Bank
0 0
Dünya Bankı Misirə 3 il ərzində 6 milyard dollardan çox dəstək verməyi planlaşdırdığını açıqlayıb.

Bankdan verilən açıqlamada Misirin inkişaf və islahat səylərinin dəstəkləndiyi bildirilib. Bildirilib ki, Dünya Bankı yaxın 3 ildə Misirə 6 milyard dollardan çox, o cümlədən dövlət proqramlarına 3 milyard dollar, özəl sektora isə 3 milyard dollar maliyyə dəstəyi göstərməyi planlaşdırır.

Bəyanatda Dünya Bankı Qrupunun Misirlə uzunmüddətli strateji tərəfdaşlığa sadiq olduğu vurğulanıb və ölkənin iqtisadiyyatın bərpası və inklüziv artım üçün davamlı yolun yenidən qurulması istiqamətində həyata keçirdiyi tədbirləri dəstəklədiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, Dünya Bankı proqramları Misirə özəl sektorun inkişafı və iş yerlərinin yaradılması, inklüziv sosial müdafiə, səhiyyə və təhsil sistemləri vasitəsilə insan kapitalının təkmilləşdirilməsi, iqlimə uyğun ağıllı həllər və gücləndirilmiş iqtisadi idarəetmə vasitəsilə davamlılığın təşviqi kimi prioritet sahələrdə dəstək verir.