USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rumıniya NATO-nun nəhəng bazasına ev sahibliyi edəcək

18.03.2024 Siyasət
0 0
Rumıniyada NATO-nun Avropadakı ən böyük hərbi bazalarından birini tikməyə başladı. Nəhəng hərbi baza üçün təxminən 2,7 milyard dollar büdcə ayrılmışdı.

Layihə çərçivəsində Rumıniyanın Konstansa yaxınlığında yerləşən 57-ci Hava Bazası genişləndirilərək təxminən 10 min NATO personalı və onların ailə üzvlərini qəbul etməyə hazır vəziyyətə gətiriləcək.

Baza hərbi təyyarələr üçün uçuş-enmə zolaqları və anqarlar kimi əsas hərbi infrastrukturlara, həmçinin məktəblər, uşaq bağçaları, mağazalar və hətta xəstəxana kimi mülki obyektlərə malik olacaq. Özünü təmin edəcək və müxtəlif əməliyyat tələblərinə cavab verəcək şəkildə təchiz olunacaq.