"Malları yanan sahibkarlara güzəştli kredit veriləcək" - NAZİR

28.03.2019 Biznes
İqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas” Ticarət Mərkəzində malları yanan sahibkarlarla bağlı atılacaq addımları açıqlayıb.

"Kommersant.az"-ın xəbərinə görə, Prezident İlham Əliyevin iştirakı ilə bu gün yanğınla bağlı keçirilən müşavirədə çıxış edən nazir deyib ki, ticarət mərkəzində icarədə olan sahibkarlara dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı görüşlər keçirilir və ziyanla bağlı ilkin məlumatların alınıb.

Nazir deyib ki, sahibkarlara dövlət tərəfindən bir neçə istiqamətdə ilkin dəstək göstəriləcək: “Müəyyən hallarda güzəştli kreditlərdən istifadə edilməsi ilə bağlı mexanizm üzərində işlənilir. Onların yeni ticarət mərkəzi tikilənə qədər digər ticarət mərkəzlərində yerləşdirilməsi istiqamətində işlər aparılır.