USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Fondu biznes mərkəzini satışa çıxardı - 112 milyon avroya

06.07.2019 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Fondu İtaliyanın Milan şəhərində sahibi olduğu "Palazzo Turati İnvesco” biznes mərkəzini satmaq üçün danışıqlar aparır.

"Kommersant.az" Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "Bloomberg" nəşrinin məqaləsində deyilir. Nəşr bildirir ki, Azərbaycan Dövlət Neft Fondu, "Blackstone Group Inc." və "UBS Group AG" Milanda ofislərə tələbatın gtdikcə artmasından və icarə qiymətlərinin kəllə-çarxa çıxmasından faydalanmaq istəyirlər.

Belə ki, İtaliyanın maliyyə paytaxtında yeni biznes mərkəzlərinin tikilməməsi icarə haqlarının artmasına gətirib çıxarır, çünki Qərbi Avropanın bir çox şəhərlərində elit daşınmaz əmlakın qıtlığı qlobal investorları yeni bazarlara çıxmağa sövq edir.

Daşınmaz əmlak bazarında baş verənlər haqda məlumatlı olan mənbə deyib ki, milyarder Rovati ailəsi, "Amundi SA" və "İnvesco Real Estate" Milanda ofis binalarının alınması üçün sövdələşmələr əldə edirlər.

İtaliyanın daşınmaz əmlak bazarı qlobal maliyə böhranından sonra uzun müddət çöküş yaşayırdı, çünki banklar daşınmaz əmlak kreditləri verməyi azaltmışdı. Nəticədə investorlar iqtisadi artımın daha sürətli olduğu Avropa şəhərlərinə üz tuturdular. Bu da Paris, Berlin, Frankfurt kimi şəhərlərdə qiymətlərin kəskin artmasına səbəb olmuşdu, Milanda isə əksinə, qiymətlər ucuzlaşırdı. İndi isə vəziyyət dəyişir.

"Blommberg"in bildirdiyinə görə hazırda Milanın daşınmaz əmlak bazarında aşağıdakı iri sövdələşmələrlə bağlı danışıqlar gedir.

Azərbaycan Dövlət Neeft Fondu "Palazzo Turati İnvesco" biznes mərkəzini 112 milyon avroya, yaxud 126 milyon dollara satmağa yaxındır.

"Amundi" qrupu Qustav Fara küçəsində UBS bankının mülkiyyətində olan ofis binasını 50 milyon dollara almaq üçün danışıqlar aparır. Milarder Rovati ailəsi isə "Piazza Cavour" biznes mərkəzini təxminən 170 milyon avroya alır.

Azərbaycan Dövlət Neft Fondunun nümayəndəsi "Bloomberg"ə məsələ ilə bağlı şərh verməyib. Qeyd edək ki, Milanın tarixi biznes mərkəzində yerləşən həmin binanı Fond 2016-cı ildə 96 milyon avroya almışdı. Binanın birinci mərkəzində sərgi salonu, qalan 6 mərtəbəsində isə ofislər yerləşir. Ümumi sahəsi 10 360 kvadrat metr təşkil edir. Bina 1880-ci ildə tikilib və Milanın tarixi irsinin bir parçası sayılır. Fond binanı alanda o yeni təmir edilmişdi.

Beləliklə, Fond təkcə binanın satışından 16 milyon avro qazana bilər. 3 ildə fondun binadan nə qədər icarə gəliri əldə etdiyi haqda məlumat yoxdur.

  • Əvvəlki

    Sabah külək əsəcək - HAVA PROQNOZU

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0