USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kərəm Həsənov Bakının mərkəzində ticarət mərkəzi tikdirir - FOTO

03.05.2020 İqtisadiyyat
0 0
Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov yeni biznes mərkəzi tikdirir.

"Kommersant.az"-ın xəbərinə görə, K.Həsənov özünə yaxın tikinti şirkətləri vasitəsi ilə Bakı şəhərinin Heydər Əliyev prospektində böyük bir biznes mərkəzinin tikintisinə başlayıb. Verilən məlumata görə, dəyəri yüz milyondan çox olan bu mərkəz paytaxtda fəaliyyət göstərən biznes mərkəzlərin ən böyüyü olacaq.

Qeyd edək ki, Bakıda Kərəm Həsənova məxsus böyük obyektlər də fəaliyyət göstərir. Belə ki, Dalğa Plaza, Baxçasaray Şadlıq Sarayı, "Bakı Mall", "Tarqovı"da Bakı Ticarət Mərkəzi Kərəm Həsənova məxsusdur. Bu obyektlərin idarə olunması oğlu Ceyhun Həsənov tərəfindən həyata keçirilir.

Onu da nəzərə çatdıraq ki, K.Həsənov 10 il Əmlak Komitəsinin sədri vəzifəsində çalışıb.Unikal.org

  • Əvvəlki

    Tələbələr kirayə ödənişindən azad olundu - ŞAD XƏBƏR

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0