Azərbaycan şirkəti 52 milyon dollarlıq sifariş aldı

12.06.2018 Biznes
“AzVirt” MMC Qırğızıstanda “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) nəqliyyat dəhlizinin yaxşılaşdırılması layihəsi 3 (Bişkək-Oş avtomobil yolu), Faza 4, Madaniyat-Jalal-Abad hissəsi, 507,5 km.-574,5 km.” layihəsi üzrə podrat müqaviləsi bağlayıb.

"Kommersant" "Marja"-ya istinadən xəbər verir ki, Mətbuatın məlumatına əsasən, iyunun 12-də Qırğızıstan Nəqliyyat və Yollar Nazirliyi bu layihə üzrə podratçı seçimini başa çatdırıb.

Layihəyə dair 4 şirkət təkiflər irəli sürüb: Xinjiang Beixin Road & Bridge Group Co. Ltd (Çin), Gezhouba Group Company (Çin), "Евротракт" Korporasiyası MMC (Rusiya) və “AzVirt” MMC (Аzərbaycan).

Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində müqavilənin icrası üçün 51 mln. 662 min dollara yaxın vəsait təklif edən “AzVirt” şirkəti qalib elan edilib. İşlər 36 ay müddətinə başa çatmalıdır.

Müqavilədə detallı layihənin hazırlanması və yolun tikintisi nəzərdə tutulur.

Madaniyat-Jalal-Abad yolunun yenidənqurulması Faza 4 üzrə Bişkək-Oş avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində həyata keçirilir və Avrasiya İnkişaf Bankı və Qırğızıstan hökuməti tərəfindən maliyyələşdirilir.