USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 570 mindən çox mənzil özəlləşdirilib

01.08.2019 İnşaat və Əmlak
0 0
Bu ilin I yarısında Azərbaycanda 112 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

"Kommersant.az" Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% çoxdur.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 21 minə yaxını fərdi yaşayış və bağ evi, 29 min 200-ə yaxını mənzil, 57 minə yaxını torpaq sahəsi, 2 min 200-ə yaxını qeyri-yaşayış binası, 2 min 500-dən çoxu qeyri-yaşayış sahəsi, 500-ə yaxını əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 21-ni isə çoxillik əkmələr təşkil edib.

İlkin qeydiyyatın 35,55%-i Bakı şəhərinin, qalanı isə regionların payına düşür. Son 1ildə ilkin qeydiyyat 3,2% artıb.

Bundan başqa 2019-cu ilin 6 ayı ərzində ölkə üzrə 9 141 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 30,4% artıb. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günə qədərölkə üzrə 570 mindən çox mənzil özəlləşdirilib.

  • Əvvəlki

    “Amazon” satış portalı İsraildən daha bir startap alıb

Digər xəbərlər