USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mənzilinə “kupça” almaq istəyənlərin - NƏZƏRİNƏ

31.08.2020 İnşaat və Əmlak
0 0
Azərbaycan İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 2-də Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 196, 3159-cu məhəllə ünvanında, sentyabrın 4-də isə Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi, 2944A ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq on ünvanda səyyar sənəd qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

  • Əvvəlki

    "Günay Bank"ın saytı müvəqqəti bağlandı - FOTO

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0