USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gəncədə İdman Sarayının tikintisinə əlavə 10 milyon manat da xərclənəcək

28.09.2022 İnşaat və Əmlak
0 0
Gəncə Şəhəri İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə 10 milyon manatlıq müqavilə bağlayıb.

Kommersant.az xəbər verir ki, müqavilədə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 10 000 000 manatdır.

Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Rövşən Oğuz Qrup” MMC 29 aprel 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 AZN olan şirkətin hüquqi ünvanı Əhməd Rəcəbli 1, ev 8, “Adore Plaza”nın 3-cü mərtəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur.
Qeyd edək ki, daha əvvəllərdə Gəncə şəhərində İdman Sarayının tikintisi üçün pul ayrılmışdır.

  • Əvvəlki

    Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək

Digər xəbərlər