USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kirayə mənzil bazarında qiymətlər ucuzlaşıb - SON VƏZİYYƏT

03.07.2018 İnşaat və Əmlak
0 0
Hazırda kirayə mənzil bazarında 15-20% qiymət azalması müşahidə edilir.

Yay mövsümü ilə əlaqədar olaraq kirayə mənzillərinin qiymətlərində ucuzlaşma hiss olunur.

"Kommersant"a bunu daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, kirayə mənzillərin ucuzlaşması mövsüm üçün xarakterikdir.

"Hazırda kirayə mənzil bazarında 15-20% ucuzlaşma müşahidə edilir. Bu da daha çox bazarda təklifin artması, tələbin azalması formasında dəyərləndirilir. Kirayə mənzil bazarında təklif portfelinin əsas hissəsini 1 və 2 mərtəbəli fərdi yaşayış evlərindən ibarət olan massivlər (Yasamal, Kubinka, Alatava, Xutor qəsəbəsinin müəyyən hissəsi) təşkil edir. Son dövrlərdə kirayə mənzil bazarında, xüsusilə ucuz mənzillərdə qiymətlərin ucuzlaşma prosesi baş verir. Bu isə xüsusilə tədris mövsümünün başa çatması ilə əlaqədardır".

R.Osmanlı qeyd edib ki, proses qısamüddətli dövrü əhatə edəcək:

"Təxminən iyulun sonu, avqustun əvvəllərində kirayə mənzil bazarında yenidən qiymətlərin stabilləşməsi müşahidə ediləcək".

Ekspert vurğulayıb ki, qiymətlər isə ərazi üzrə dəyişir:

"Mikrorayonlarda və şəhər mərkəzindən uzaqlaşdıqca mənzillərin qiymətlərində ucuzlaşma nəzərə çarpır. Neftçilər, Xalqlar Dostluğu, Həzi Aslanov və Əhmədli metrostansiyalarının yaxınlığında yerləşən mənzillər də ucuz qiymətə mənzil kirayə verilir. Məsələn, mikrorayon ərazisində 1 otaqlı kommunal şəraiti olan, eyni zamanda içərisində müxtəlif əşyaları olan mənzillərin qiyməti hazırda 200 manata təklif olunur. Halbuki bu göstərici təxminən 1 ay əvvəl 250 manatdan başlayırdı. Fərdi yaşayış evlərinə gəlincə, təxminən 2-3 nəfərin eyni vaxtda məskunlaşa biləcəyi 18-20 kvadratmetr sahəli 1 otaqlı mənzilin qiyməti Yasamal və Kubinkada 200 manatdan başlayır. Metrostansiyaların yaxınlığında yerləşən ərazilərdə isə 1 otaqlı mənzillərin qiyməti 200-250 manata təklif olunur. Yeni tikililərdə mənzil ölçüləri böyük olduğuna görə qiymətlər köhnə tikililərlə müqayisədə bahadır. Bir-birinə yaxın ərazidə yerləşən mənzil və fərdi yaşayış evlərinin qiymətində də fərq var".

Kirayə mənzil bazarında son vəziyyəti öyrənmək üçün Bakının N.Nərimanov rayonu ərazisində yerləşən ofis və mənzillərin kirayəsi ilə məşğul olan obyektlərdən biri ilə əlaqə saxladıq. Obyekt əməkdaşı bildirdi ki, hazırda 1 otaqlı mənzillərin kirayəsi təklif edilmir:

"Hamı daha çox 1 otaqlı mənzil kirayə götürməyə üstünlük verir. Həmin mənzillər artıq tutulub. Bu mənzillərin qiyməti isə 250 manatdan başlayır. 2 otaqlı mənzillər müştərilərə 400 manata, 3 otaqlı mənzillər isə 500 manatdan təklif edilir. Qiymətlər mənzilin metroya yaxın, yaxud uzaq olmasından asılı olaraq da dəyişir".

Aytən Novruzova

  • Əvvəlki

    “Apple”ın bu modelləri bazardan çıxarılır - SİYAHI

Digər xəbərlər