USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə dolların məzənnəsi yüksəldi

27.03.2023 İqtisadiyyat
6 3
Dollar 19,09 TL səviyyəsində, avro isə 20,56 TL səviyyəsində qərar tutub.

Dollar qiymətləri keçən həftəni 19,05 TL səviyyəsində tamamlayarkən yeni həftənin ilk əməliyyat gününə 19,08 TL ilə günə başladı. Avro qiymətləri də gün ərzində 20,7334 TL ilə ən yüksək səviyyəsini gördü. Hazırda isə məzənnə 20,5667 TL səviyyəsindədir. Eyni dəqiqələrdə ingilis funtu 23,4194 TL səviyyəsində alınır.

Dollar indeksi bu dəqiqələrdə 0,03 faiz azalaraq 103,09 səviyyəsindədir. Avro/dollar pariteti hazırda 1,0765 ətrafında hərəkət edir.

10 illik etalon istiqrazın mürəkkəb faiz dərəcəsi 12,11 faiz, 2 illik etalon istiqrazın mürəkkəb faiz dərəcəsi isə 14,00 faizdir.

Analitiklər bildiriblər ki, bank sistemi ilə bağlı davam edən narahatlıqlar və yenidən üzə çıxan tənəzzül qorxusu aktivlərin qiymətlərinə təsirini davam etdirir.

  • Əvvəlki

    Rusiya və İran əməkdaşlığı davam edir

Digər xəbərlər