Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Mərkəzi Bankı banklarımız üçün “məhəbbət üçbucağı” idi. Yazıq banklar bir gün AMB-yə, səhəri gün MBNP daha sonra yenidən AMB-yə tabe oldular. Biri qışqırdı, biri sığal çəkdi. Biri qucaqladı, o biri yerə yıxıb üstündən keçdi. Birinin lisenziyasını əlindən aldılar, birinə möhlət tanıdılar, birini də müflisləşdirdilər. Axı ölkəmizdə nə az, nə çox 25 bank qalıb. İndi də onların üstünə düşmüşük. Yanvar ayında məcburi ehtiyyat normasını 1 faiz qaldırırıq, gələn ay da əmanətlərə vergi tətbiq edirik. Ürəyi soyumayan AMB bir dənə də uçot dərəcəsini qaldırdı ki, ürəyində heç nə qalmasın. Bununla da Banklar Assosasiyası 10-15 ədəd kəfən almağa getdi. İndi kimə qismət oldu, oldu. Əslində kimə qismət olacağı da sirr deyil. Maliyyə sektorundan artıq hər kəs bilir ki, ən azı o 5 kəfən kimə qismət olacaq. Bunlardan bəziləri zəifləyib sıradan çıxacaq, bəziləri də siyasi məsələlərə görə lisenziyasını itirəcək. Bu bizim AMB-nin banklarımıza qarşı siyasətidir.
Sözüm ona, əvvəllər banklarımıza AMB ağalıq edirdi. Sonra da dedilər ki, yox, biz MBPN yaratdıq siz ona tabe olun. Sonra da dedilər ki, yox biz MBNP-ı ləğv elədik siz AMB-yə tabe olun. Ay qardaş, yaxşı da, biri sağdan vururdu, o biri də gəldi soldan vurdu. Sonra yenidən birincinin əlinə verirsiz o da "nockout" edir. Əslində maliyyə sistemimiz o qədər qəliz və pis günə qalıb ki, heç özümüzdə bilmirik nə istiyirik. Nə hökümət bilir, nə də millət. Millətə qalsa, bankları bir qaşıq suda boğar. Səbəbi də guya borca görə bunu sıxırlar. Ay qardaş, adama deyərlər ki, "borc vermişəm gətir qayatar da..."
Hökümət olaraq da deyirik ki, bazarda 10-15 bank olsun sağlam olsun. Nə başımız ağrısın, nə də dişimiz.
Uzun sözün qısası, ay millət, banklara sahib çıxmaq, dəstək göstərmək lazımdır. Bankların kartlarından istifadə etmək, reklamlarını izləyib bizə təklif etdikləri kampaniyalarla tanış olmaq lazımdır. Banklardan qorxmayın. Çünki, Azərbaycanda fəaliyyət göstərən bankların heç birinin adının önündə AMB və ya MBNP yazılmayıb. Ancaq onlar bankları vasitəçi edib millətə dolayı yolla təzyiq edə bilirlər.