USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yanvarda gözlənilən hava - PROQNOZU

25.12.2019 İqtisadiyyat
0 0
“Azərbaycanda gələn ilin yanvar ayında dağlıq və dağətəyi rayonlarda şaxtalı və qarlı günlərin sayı azalacaq”.

"Kommersant.az" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi brifinqdə deyib.

O bildirib ki, adətən yanvar ayında Bakıda havanın orta minimal temperaturu müsbət 2,4 dərəcəyə yaxın olur.

U.Tağıyeva qeyd edib ki, son 30 ildə yalnız bir dəfə 2008-ci ildə mənfi (-1,4) orta minimal temperatur qeydə alınıb: "Ümumdünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən, bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə, bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir".

  • Əvvəlki

    Bakıda Yeni il şənlikləri Murad Dadaşovun şirkətinə həvalə edildi

Digər xəbərlər