USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran dollardan imtina etmək istəyir - Azərbaycanla da saziş bağlamaq niyyətindədir

25.06.2019 İqtisadiyyat
0 0
İran bir sıra ölkələrlə, xüsusilə Rusiya, Türkiyə və Çinlə ikitərəfli maliyyə sazişlərinin bağlanmasına dair müzakirələr aparır. İran KİV-nin məlumatına görə, bunu İranın xarici işlər naziri Cavad Zərif deyib.
"Biz Türkiyə, Rusiya, Çin, Azərbaycan, Hindistan və digər ölkələrlə maliyyə sazişlərinin imzalanmasına dair danışıqlar aparırıq. Bu ölkələrdən bəziləri ilə sazişlər artıq bağlanılıb, digərləri ilə isə razılaşmalar demək olar ki, əldə olunub", - deyə o qeyd edib. Məlumata görə, bu sazişlər ticarət əməliyyatlarında ABŞ dollarından imtina edilməsinə yönəlib. Marja.az