USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Çin bankını cəzalandıracaq

25.06.2019 İqtisadiyyat
0 0
Çin banklarından biri Şimali Koreyaya qarşı sanksiya rejiminin pozulmasına dair aparılan istintaq prosesi çərçivəsində ABŞ səlahiyyətlilərinin reqlamentlərini pozduğuna görə Amerika maliyyə sisteminə girişini itirə bilər.
"Kommersant.az" xəbər verir ki, bu haqda The Washington Post yazır. Bu arada, Kolumbiya məhkəməsi Çin banklarının qanun pozuntuları haqqında məlumat verib, banklardan biri ABŞ-da terrora qarşı mübarizə haqqında qanunun pozulmasında günahlandırılıb. Məhkəmənin bəyanatında bu bankların adları çəkilməsə də, söhbətin 2017-ci ildə Çinin "Bank of Communications", "China Merchants Bank" və "Shanghai Pudong Development Bank" (SPDB) bankları ilə Hong-Kong şirkəti ilə əlaqələrin araşdırılması məsələsindən gedir. Şirkət sanksiyaların altına düşən Şimali Koreyanın "Foreign Trade Bank" üçün çirkli pulların yuyulmasında ittiham olunub SPDB bankı üçün də Amerika maliyyə sisteminə girişi itirmək təhlükəsi var. Hal-hazırda, bankın aktivləri 900 milyard dollar təşkil edir və bu göstəriciyə görə SPDB Amerikanın "Goldman Sachs" ilə müqayisə edilə bilər. SPDB-nin ABŞ-da filialları olmasa da, amerikan hesabları var. Amerikanın maliyyə sisteminə olan girişi itirmək – bank üçün böyük zərər çəkmək və hətta "ölüm hökmü" deməkdir. Qeyd edək ki, "Bank of Communications" bankının səhmləri Şanxayda keçirilmiş hərraclarda 2,7%, "Chine Merchants Bank" bankının səhmləri 4,4%, SPDB-nin səhmləri isə 2,6% düşüb. Banker.az
  • Əvvəlki

    İran dollardan imtina etmək istəyir - Azərbaycanla da saziş bağlamaq niyyətindədir

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0