USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Meyvə-tərəvəz ixracının həcmini 7% artırılıb

17.09.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 361,73 milyon ABŞ dolları dəyərində 364,959 min ton meyvə-tərəvəz ixrac edib.

"Kommersant.az" Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 45,892 milyon dollar (14,5%) və 23,966 min ton (7%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,7%-ni təşkil edib.

Qeyd edək ki, 8 ay ərzində Azərbaycan xarici ölkələrə 133,242 min ton tomat ixrac edib. İxracın ümumi dəyəri 141,542 milyon dollar təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracında 1,05% paya malik olub.

Bundan başqa, ötən 8 ayda Azərbaycan 14,143 min ton meşə fındığı da ixrac edib. İcracın ümumi dəyəri 76,904 milyon dollar təşkil edib. Meşə fındığı ixracı ölkənin ümumi ixracında 0,6% paya malik olub.

Həmçinin, yanvar-avqustda Azərbaycan 45,231 min ton alma ixrac edərək 18,635 milyon dollar, 23,832 min ton xurma ixrac edərək 18,113 milyon dollar gəlir əldə edib. Bu məhsulların ixracı ayrı-ayrılıqda ümumi ixracın 0,1%-i qədər olub.