USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Tacikistan birgə müəssisələr yaratmaq istəyir

18.09.2019 İqtisadiyyat
0 0
Azərbaycan və Tacikistan birgə müəssisələrin yaradılması layihələri üzərində çalışır.

"Kommersant.az" xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Azərbaycan-Tacikistan aqrobiznes forumunda bildirib.

Onun sözlərinə görə, bunun üçün Tacikistanın Azərbaycanın biznes təcrübəsini öyrənməsi vacibdir.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev isə bildirib ki, birgə müəssisələrin kənd təsərrüfatının bütün sahələrində, o cümlədən bağçılıq, heyvandarlıq, üzümçülük, istixana) yaradılması imkanları nəzərdən keçirilir. (Report.Az)