USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir həyat sığortası şirkəti yaradılıb - Azərbaycanda

23.09.2019 İqtisadiyyat
0 0
Vergilər Nazirliyi “Meqa Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb.

“Kommersant.az” xəbər verir ki, yeni şirkət “Meqa Sığorta” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 11 milyon manat, qanuni təmsilçisi isə bir qədər əvvəl “Meqa Sığorta”nın Direktorlar Şurasını tərk etmiş Hamlet Xosrov oğlu Qarayevdir.

Xatırladaq ki, hazırda Azərbaycanda 4 həyat sığortası şirkəti – “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta”, "Xalq Həyat Sığorta" və “PAŞA Həyat Sığorta” ASC-lər fəaliyyət göstərir. (Report.Az)