USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

24.09.2019 İqtisadiyyat
0 0
Sentyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,06% – 26 949,99 bəndədək yüksəlib, S&P 0,01% – 2 991,78 bəndədək, Nasdaq isə 0,06% – 8 112,46 bəndədək enib.

"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında sentyabrın 23-də Almaniyanın DAX-ı 1,01% – 12 342,33bəndədək, Fransa CAC-40 1,05% – 5 630,76 bəndədək, FTSE 100 indeksi isə 0,26% – 7 326,08 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti dəyişməyərək 1 498,4 dollar səviyyəsində qalıb.

Sentyabrın 23-nə dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,18% azalaraq 1,099 dollar təşkil edib.