USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

24.02.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev “Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 25 may 2018-ci il tarixli fərmanına dəyişiklik edib.

"Kommersant.az" xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı fərmanla İqtisadiyyat Nazirliyinə, Maliyyə Monitorinqi Xidmətinin xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi həvalə olunub.

Maliyyə Monitorinqi Xidmətinə isə qurumun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və işçilərin əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq etmək həvalə edilib.