USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda güzəştli kreditə imtina hallarının səbəbləri açıqlandı

09.02.2021 İqtisadiyyat
0 0
“Sahibkarlığın İnkişafı Fonduna kredit üçün müraciət edənlərdə biznes planların hazırlanmasında və yaxud sənədəşmədə problemlər yaşanır".

"Kommersant.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfli sahibkarlara kreditlərin verilməsi prosesində imtina hallarının hansı səbəblərə görə yaşanmasına cavab verərəkən deyib.

O bildirib ki, bəzən də müraciət edənlər tərəfindən verilən məlumatlarda uyğunsuzluq olur: “Ötən il güzəştli kreditlərlə bağlı müraciətlərin 83 %-inə Fond tərəfindən müsbət cavab verilib. Dövlət zəmanəti üzrə yeni biznes kreditlərin verilməsi ilə bağlı isə müraciət edənlərin 13 %-inə Fond tərəfindən zəmanət verilib".

Report