USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Alınan mallar geri qaytarılmır?

17.08.2021 İqtisadiyyat
0 0
İstehlakçı öz hüquqlarının qorunması üçün nə etməlidir?

Bəzi mağaza və səyyar satış mərkəzlərində “Alınan mallar geri qaytarılmır”, “Malı yalnız 3 gün ərzində qaytara bilərsiniz” və sair oxşar məzmunlu lövhələrə rast gəlinir. Lövhələrdə bu “postulatların” müəllifi kimi də adətən, “müdiriyyət” göstərilir. Bəzi alıcılar bu lövhələrdə yazılanları “qanun” kimi qəbul edir, digərləri satıcı və ya xəzinədarla polemikaya girir, üçüncüləri isə öz hüquqlarını bildikləri üçün bu cür elanlara heç bir əhəmiyyət vermirlər. Bu məsələni kökündən həll etmək üçün istehlakçıların hüquqlarını qoruyan dövlət orqanına müraciət edərək bizi maraqlandıran bütün suallara cavab aldıq. Sən demə, bu tip lövhələr bir növ, özünü sığortaetmə məqsədi ilə mağaza “müdiriyyət”i tərəfindən düşünülmüş “dahiyanə” ideyadır.

Fins