USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft-qaz sektorunda çalışanların maaşı digərlərindən beş dəfə çoxdur - RƏSMİ

18.08.2021 İqtisadiyyat
0 0
2021-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0.6 faiz artaraq 724.4 manat təşkil etmişdir.

“Kommersant.az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əməkhaqqı neft-qaz sektorunda 3230.7 manat, qeyri neft-qaz sektorunda 673.1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 639.5 manat, özəl müəssisələrdə isə 827 manat olmuşdur.