USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il büdcə gəlirləri xərcləri 171 milyon manat üstələyib - RƏSMİ

18.08.2021 İqtisadiyyat
0 0
2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri çəkilən xərcləri 171,2 milyon manat üstələyib.

“Kommersant.az” xəbər verir ki, əldə edilən gəlirlər dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 11 milyard 761,2 milyon manat, xərcləri isə 11 milyard 590,5 milyon manat olub.

Daxilolmaların 21,3 faizi əlavə dəyər vergisi, 14,0 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,9 faizi fiziki şəxslərin gəlir vergisi, 4,5 faizi aksizlər, 1,2 faizi sadələşdirilmiş vergi, 2,0 faizi vergilərin digər növləri, 46,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 21,9 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 18,9 faizi təhsil və səhiyyənin, 14,6 faizi ümumi dövlət xidmətlərinin, 14,4 faizi sosial müdafiə və sosial təminatın, 7,4 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 22,8 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənilib.

Valyuta