USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkədə araq və tütün məmulatları bahalaşıb

20.10.2021 İqtisadiyyat
0 0
Azərbaycanda araq və tütün məmulatlarının qiymətində bahalaşma müşahidə olunur.

”Kommersant.az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Araq, brendi (konyak) 2021-ci ilin sentyabr ayında 2021-ci ilin avqust ayına nisbətən 0.4%, 2020-ci ilin sentyabr ayına nisbətən 2.9% bahalaşıb.

Tütün məmulatları isə 2021-ci ilin sentyabr ayında 2021-ci ilin avqust ayına nisbətən dəyişiklik olmayb, 2020-ci ilin sentyabr ayına nisbətən isə 8.3% bahalaşıb.