USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neftinin qiyməti 128 dolları ötüb

05.07.2022 İqtisadiyyat
0 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 128,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,5 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 127,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,55 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,98 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 124,79 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,25 dollar/barel çoxdur.