USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bundan sonra faizdə artım olmayacaq, faiz daha da azalacaq” - ƏRDOĞAN

29.09.2022 İqtisadiyyat
0 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Türkiyə iqtisadiyyatında 5% böyümə proqnozlaşdırır. Banker.az xəbər verir ki, Ərdoğan bu barədə CNN Türk-Kanal D birgə canlı yayımında çıxışı zamanı danışıb. “Təbii ki, bu, orta göstəricidir, daha yaxşı olacaq, amma daha pis olmayacaq. Qara dəniz təbii qazı da işin içinə girsə, işimiz çox asanlaşar. Bizim Rusiya ilə də bu nöqtədə problemimiz yoxdur” – deyə, prezident əlavə edib.

Ərdoğan çıxışında bildirib ki, bundan sonra faizdə artım olmayacaq, faiz daha da azalacaq: “Ümid edirəm ki, Mərkəzi Bankın növbəti iclasında faiz daha da aşağı salınacaq. Biz ilin sonuna kimi faiz dərəcəsini bir az da aşağı salmaqla birrəqəmli ədədə endirməliyik. Mərkəzi Bankın gücünü itirməsini gözləyənlər bağışlasınlar, ovuclarını yalamağa davam edəcəklər”.

O, qeyd edib ki, məsələ ətraflı şəkildə araşdırılacaq və ən qısa zamanda ictimaiyyətə məlumat veriləcək.