USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransada elektrikə qənaət edənlər mükafatlandırılacaq

29.09.2022 İqtisadiyyat
0 0
Fransada enerji təminatçıları istehlakçıları qənaət etməyə təşviq etmək üçün qərara gəliblər ki, elektrikdən az istifadə edənləri bonuslar və ya endirimlərlə mükafatlandırsınlar.

Qeyd edək ki, Paris administrasiyası elektrik təchizatı şirkətlərindən tələb etmişdi ki, məişət enerji istehlakını azaltmağa təşviq edən proqramlar həyata keçirsinlər. Hökümətin bu tələbindən sonra əsas enerji təminatçılarından olan “Engie” və “TotalEnergies” şirkətləri ən az elektrik istehlak edən müştərilərinə bonus və endirim təkliflər edəcəklər.

“Engie” 2022-ci ilin oktyabr-2023-cü ilin aprel aylarını əhatə edən qış dövründə kampaniyada iştirak edəcək. Şirkət gündəlik istehlakını müəyyən qədər azaldan müştərilərinə ödənişlər edəcək.

“TotalEnergies” şirkətinin müştəriləri isə 1 noyabr 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında istehlaklarını ən azı 5% azaldacaqları təqdirdə aprel ayı hesablarına 30-

120 avro arasında endirim əldə edəcəklər.