USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda çay şirkəti bağlanır

22.11.2022 İqtisadiyyat
0 0
“Avrora-Çay” ASC ləğv edilir. Bununla bağlı dekabrın 27-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə şirkətin idarə heyətindən bildirilib.

Məlumata görə, yığıncaqda səhmdar cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyasının (təsviyyəçinin seçilməsi) yaradılması və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, şirkət 1998-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 137 070 manat, qanuni təmsilçisi isə Gülqayıt Hacıəli qızı Quliyevadır.